“Traktor” səfərdə QALİB GƏLDİ

“Traktor” səfərdə QALİB GƏLDİ

Hazırda oxunan: “Traktor” səfərdə QALİB GƏLDİ

576321

Asiya Çempionlar Liqasında Təbrizin “Traktor” klubu səfərdə Birləşmiş Ərəb Əmirliklərinin “Şarca” klubu ilə qarşılaşıb.

Bizim.Media xəbər verir ki, oyun Təbriz klubunun 5:0 hesablı qələbəsi ilə qurtarıb.

Görüşün 6-cı dəqiqəsində “qırmızı qurdlar”ın heyətində albaniyalı Regi Luşkya fərqlənib.
 

11-ci dəqiqədə Luşkya ikinci topu “Şarca”nın qapısından keçirib. 40-cı dəqiqədə Mehdi Haşemnecad üçüncü qola imza atıb. 45+3-də isə Daniyal Esmailifar hesabı 4:0 edib.


İkinci hissədə 84-cü dəqiqədə Məsud Kazemayni beşinci qolu BƏƏ klubunun qapısına vurub.

Bu qələbədən sonra “Traktor” 3 oyundan 5 xal toplayıb. Komanda Qərb divizionunda üçüncü yerdədir.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO