Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

Hazırda oxunan: Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

576301

Dördqat “Böyük Dəbilqə” çempionu və dünyanın ikinci raketkası Yannik Sinner Devis Kubokunun finalında İtaliya komandası üçün mübarizə aparmayacaq.

Bizim.Media xəbər verir ki, İtaliya Devis Kubokunun hazırkı çempionudur və Sinnerin bu nailiyyətdə böyük əməyi var.

“Sinner Devis Kubokunda iştirakını təsdiqləməyib. Devis Kuboku onun evi olub və həmişə də olacaq və əminəm ki, o, tezliklə komandaya qayıdacaq.
 

Bu arada, mənim mavi forma üçün mübarizə aparmağa və hər şeyi verməyə hazır bir qrupum var. Mən bu oğlanları tanıyıram və əminəm ki, gələcək bizə böyük uğrular gətirəcək”, - İtaliyanın Devis Kubokundakı komandasının kapitanı Filippo Volandri deyib.


İtaliya millisini yarışda Lorentso Musetti (reytinqdə səkkizinci), Flavio Kobolli (22), Matteo Berrettini (59), Simone Bolelli (cütlüklərdə 14-cü) və Andrea Vavassori (cütlüklərdə 15-ci) təmsil edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO