Abubakar “Neftçi”yə görə bu klubun təklifindən İMTİNA EDİB

Abubakar “Neftçi”yə görə bu klubun təklifindən İMTİNA EDİB

Hazırda oxunan: Abubakar “Neftçi”yə görə bu klubun təklifindən İMTİNA EDİB

576242

“Neftçi”nin yeni transferi Vinsent Abubakar Azərbaycanı Braziliyadan üstün tutub. 

Bizim.Media Braziliya mətbuatına istinadən xəbər verir ki, Kamerun millisinin hücumçusu bir müddət əvvəl “Qremio”dan təklif alıb.

“Qremio” rəhbərliyi “Hatayspor”dan ayrıldıqdan sonra klubsuz qalan 33 yaşlı forvardı heyətinə qatacağına əmin olub.
 

Bu səbəbdən danışıqlar ləng gedib. “Neftçi”nin mübarizəyə qoşularaq qısa müddət sonra Abubakarı Bakıya gətirməsi braziliyalılar üçün sürpriz olub. Braziliyanın digər klubu “San Paulo” ilə danışıqlar isə uğursuz nəticələnib.


Qeyd edək ki, Abubakar karyerası ərzində Fransa, Portuqaliya, Türkiyə və Səudiyyə Ərəbistanı kimi ölkələrdə legioner həyatı yaşayıb.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO