AFFA ölkə xaricində çıxış edən Azərbaycanla bağlılığı olan futbolçuları milliyə cəlb etməyi planlaşdırır.
Bizim.Media xəbər verir ki, federasiya rəsmilərinin hazırda daha çox diqqətdə saxladığı futbolçulardan biri Rolan Mustafayevdir.
AFFA “Rux”un(Lvov) 17 yaşlı vingerini gələcəkdə öncə U-21 yığmasına, daha sonra isə A milliyə dəvət etməyi planlaşdırır. Rolan Ukraynanın U-16 və U-17 yığmalarında çıxış edib.
Qeyd edək ki, o, milli komandamızda debüt etmiş Emil Mustafayevin kiçik qardaşıdır.
Rəşad Rafiqoğlu, Bizim.Media