Xudatın komandası rəqib qapısından 7 qol keçirdi

Xudatın komandası rəqib qapısından 7 qol keçirdi

Hazırda oxunan: Xudatın komandası rəqib qapısından 7 qol keçirdi

576046

AFFA Region Liqasında 2025/2026-cı illər mövsümünün ilk oyunları keçirlib.

Xudat CİTY Futbol Akademiyadının mətbuat xidmətinin rəhbəri Rəşad Ağaşirinovun Bizim.Media-ya verdiyi məlumata görə, 1-ci turun oyunları çərçivəsində B qrupunda yer alan Şimalın ilk akademiyası sayılan Xudat CİTY FA Cəngi FK (Bakı)-nın qonağı olub.

Oyun "Şəfa" stadionunda baş tutub.

Xudat komandası bu oyunda 7-0 hesabı ilə qalib gəlib.
 

Qolları rəqib qapısından İbad Zaidov 3 (top), Saleh Mehdiyev 1 (top), Rasim Nurəhmədov 1 (top), Rizvan Osmanov 1 (top) keçirib. Bir aftoqol isə rəqibin hesabına yazılıb.


Məlumat üçün bildirək ki, Xudat CİTY FA keçən il də Region ligasına qoşulub. Hazırda Xudatın komandasına Əli Lednyov rəhbərlik edir.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO