Nottingem Forest”, bir sıra uğursuz nəticələrdən sonra Angelos Postekoğlunun baş məşqçi vəzifəsindən kənarlaşdırıldığını elan edib.
Bizim.Media xəbər verir ki, bu barədə klub X social şəbəkəsindəki səhifəsində məlumat yayıb.
60 yaşlı mütəxəssis bu ilin sentyabrında “Forest”in baş məşqçisi təyin edilmişdi.
Postekoğlu İngiltərə Premyer Liqasının 8-ci turunda komandası “Çelsi”yə 3:0 hesabı ilə uduzduqdan sonra unikal rekorda imza atıb.
60 yaşlı mütəxəssis “Nottingem Forest” tarixində ilk səkkiz matçında qalib gələ bilməyən ilk baş məşqçi olub. Postekoğlu rəhbərliyi altında “Nottingem” bütün yarışlarda iki dəfə heç-heçə edib və altı dəfə məğlub olub.
“Nottingem Forest” hazırda İngiltərə Premyer Liqasında səkkiz oyundan 5 xalla 17-ci yerdədir.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
19:37 / 18.10.2025
İngiltərə klubu baş məşqçini istefaya göndərdi
Hazırda oxunan: İngiltərə klubu baş məşqçini istefaya göndərdi
Hazırda oxunan: İngiltərə klubu baş məşqçini istefaya göndərdi
575996
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.