Qış fasiləsində “Qarabağ”da ayrılıq baş verə bilər.
Bizim.Media xəbər verir ki, komandanın qolkiperi Fabian Buntiç Ağdam klubundan getməyə hazırlaşır.
Əsas heyətə düşə bilməyən futbolçu başqa klubda icarə əsasında oynamağa hazırdır. Hazırda “Qarabağ” qapıçı üçün klub axtarışına başlayıb. Əgər uyğun variant tapılsa, 28 yaşlı Buntiç qışda “Qarabağ”ı tərk edəcək.
Qeyd edək ki, Buntiçin “Qarabağ”la müqaviləsi 2027-ci ilə qədərdir.
Bizim.Media