Kiprin “Karmiotissa” futbol klubunun prezidenti Stavros Dimostenus şəhərin magistralında güllələnərək öldürülüb.
Bizim.Media “TASS”a istinadən xəbər verir ki, hadisəni motosiklet sürən şəxs törədib.
Polis əməkdaşları dərhal hadisə yerinə gəliblər və avtomagistralı bağlayıblar. Məlumata görə, cinayət qəsdən törədilib, şübhəlilər axtarılır. Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, 49 yaşlı Stavros Dimostenus klubu 2023-cü ildən idarə edib. Qısa müddət əvvəl klubun baş məşqçisi rusiyalı Aleksandr Kerjakov rəhbərliklə konflikt yaşayıb və komandadan ayrılmışdı.
Rəşad Rafiqoğlu, Bizim.Media

- A-
- A
- A+
İdman
15:08 / 17.10.2025
Kiprdə klub prezidenti GÜLLƏLƏNDİ
Hazırda oxunan: Kiprdə klub prezidenti GÜLLƏLƏNDİ
Hazırda oxunan: Kiprdə klub prezidenti GÜLLƏLƏNDİ
575799
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.