“Qəbələ” Tsxadadzani istefaya göndərir? – Klubdan AÇIQLAMA

“Qəbələ” Tsxadadzani istefaya göndərir? – Klubdan AÇIQLAMA

Hazırda oxunan: “Qəbələ” Tsxadadzani istefaya göndərir? – Klubdan AÇIQLAMA

575792

Son vaxtlar “Qəbələ” klubunun baş məşqçisi Kaxaber Tsxadadze ətrafında müxtəlif söz-söhbətlər dolaşır. Komandanın Premyer Liqada göstərdiyi zəif nəticələrdən sonra rəhbərliyin baş məşqçini istefaya göndərəcəyi və hətta onun əvəzinə indidən məşqçi axtarışlarına başladığı iddia olunur. 

Görəsən real vəziyyət necədir? Hazırda 7 turdan sonra cəmi 4 xal toplayaraq 11-ci pillədə qərarlaşmış bölgə təmsilçisinin baş məşqçi ilə bağlı planları necədir? 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən klubun mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli Kaxaber Tsxadadzenin istefası məsələsinin gündəmdə olmadığını bildirdi:
 

“Qəbələ”nin baş məşqçini istefaya göndərmək fikri yoxdur. Belə məlumatlar həqiqəti əks etdirmir. Tsxadadze işinin başındadır və rəhbərlik ona tam etimad göstərir. O, hazırda komanda ilə birlikdədir və sabah “İmişli” ilə oyunda işinin başında olacaq”.


Qeyd edək ki, “Qəbələ” Azərbaycan Premyer Liqasının 8-ci turunda səfərdə “İmişli” klubunun qonağı olacaq. Oyun saat 14-30-da başlayacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO