"Real" qapıçı AXTARIŞINDA

"Real" qapıçı AXTARIŞINDA

Hazırda oxunan: "Real" qapıçı AXTARIŞINDA

575677

"Real" qarşıdan gələn qış transfer pəncərəsində heyətinə yeni qapıçı qatmağı planlaşdırır.

Bizim.Media xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.

Madrid təmsilçisinin qolkiperlərindən biri Andrey Luninin komandadan ayrılacağı gözlənilir.

Buna görə də "Real" artıq qapıçı axtarışına başlayıb.

Klub "Portu"nun qapıçısı Dioqo Kostanın transferini nəzərdən keçirir. O, əsas qapıçı Tibo Kurtuanı dəstəkləmək üçün yeganə namizəd deyil. "
 

Real" ilk növbədə öz oyunçusu, hazırda B komandasında çıxış edən 20 yaşlı Fran Qonzalesə də ümid edir. Bununla belə, daha təcrübəli varianta ehtiyac olarsa, "Real" Kostaya güvənməyə hazırdır.


Dioqo Kosta geridə qalan yay "Mançester Siti"nin transfer siyahısında olsa da, keçid baş tutmayıb. "Portu" daha əvvəl futbolçunu 75 milyon avroya satmağa hazır olduqlarını bildirmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO