Şotlandiya millimizlə oyunun hakimindən ŞİKAYƏT EDƏCƏK

Şotlandiya millimizlə oyunun hakimindən ŞİKAYƏT EDƏCƏK

Hazırda oxunan: Şotlandiya millimizlə oyunun hakimindən ŞİKAYƏT EDƏCƏK

575589

Şotlandiya Futbol Assosiasiyası U-21-lər arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən oyunla bağlı rəsmi şikayət ünvanlayacaq.

Bizim.Media yerli mətbuata istinadən xəbər verir ki, britaniyalılar 3:3 hesabı ilə başa çatan görüşün qazaxıstanlı hakimlərindən narazı qalıblar.

Assosiasiya bununla bağlı FIFA-ya müraciət edəcək. Onlar komandaları üçün vacib məqamda Sayat Karabayevin başçılıq etdiyi hakimlər briqadasının 2 xalı əllərindən aldığını düşünür.

“İki futbolçumuza qırmızı vərəqə verildi, qapımıza penalti təyin olundu. Bu idarəçilik sayəsində qrupdakı vəziyyətimiz pisləşdi”, – deyə bəyanatda yazılıb.

Qeyd edək ki, “Liv Bona Dea Arena”da keçirilən Azərbaycan – Şotlandiya qarşılaşması 3:3 hesablı heç-heçə bitib.


Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO