“Neftçi” klubunun uzun müddətdir ki, kamerunlu futbolçu Vinsent Abubakarla danışıq aparması haqqında məlumat vermişdik.
Belə ki, təcrübəli futbolçu klubla maliyyə məsələsində razılaşa bilmirdi.
Ancaq deyəsən tilsim qırılmaq üzrədir.
Bizim.Media-nın əldə etdiyi məlumata görə, vaxtilə “Beşiktaş”da oynamış futbolçu paytaxt klubuna keçməyə razılıq verib.
Hətta onun nə qədər maaş alacağı da bəllidir. Belə ki, Abubakar paytaxt klubunda illik 600 min avroluq əmək haqqına razılıq verib. Artıq futbolçunun paytaxt klubuna keçidi üçün ciddi bir maneə qalmayıb.
Əgər hər hansı bir problem çıxmasa, Abubakar yaxın günlərdə rəsmi müqavilə imzalamaq üçün Bakıya gəlməlidir.
Qeyd edək ki, Vinsent Abubakar son olaraq Türkiyənin “Hatayspor” klubunda çıxış edib.
Rəşad Rafiqoğlu, Bizim.Media