AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılması xəbərinə aydınlıq gətirdi

AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılması xəbərinə aydınlıq gətirdi

Hazırda oxunan: AFFA Renat Dadaşovun millidən uzaqlaşdırılması xəbərinə aydınlıq gətirdi

575413

AFFA Azərbaycan milli komandasının futbolçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsində Ukrayna ilə oyundan öncə baş məşqçi Ayxan Abbasov tərəfindən yığmanın düşərgəsindən göndərildiyinə dair iddialara aydınlıq gətirib.

Milli assosiasiyanın mətbuat xidmətindən Bizim.Media-ya bildirilib ki, yayılan xəbərlər həqiqəti əks etdirmir.
 

“Baş məşqçinin də dediyi kimi, Renat matça tam hazır deyildi, özünü yaxşı hiss etmirdi və görüşə qədər tam olaraq sağalmamışdı. Buna görə də onun adı Ukrayna ilə oyunun iştirak ərizəsinə salınmadı”, - deyə vurğulanıb.


Qeyd edək ki, hazırda Polşanın "Motor" klubunda çıxış edən Renat Dadaşovun milli komandanın baş məşqçisi Ayxan Abbasovun qərarına etiraz etdiyi üçün yığmadan göndərildiyi barədə xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO