Yankoviç “Atletik”lə oyunda meydanda OLACAQ? – “Qarabağ”dan AÇIQLAMA

Yankoviç “Atletik”lə oyunda meydanda OLACAQ? – “Qarabağ”dan AÇIQLAMA

Hazırda oxunan: Yankoviç “Atletik”lə oyunda meydanda OLACAQ? – “Qarabağ”dan AÇIQLAMA

575355

“Qarabağ”ın zədəli futbolçusu Marko Yankoviç uzun müddətdir ki, zədəlidir.

Çempionlar Liqasında “Benfika” ilə səfər görüşündə zədələnən montoneqrolu futbolçu o vaxtdan bəri heç bir oyuna çıxmayıb.

Bəs hazırda futbolçunun durumu necədir?

Bununla bağlı “Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyevlə əlaqə saxladıq.

O, Bizim.Media-ya açıqlamasında Yankoviçin artıq komanda ilə birgə məşqlərə qoşulduğunu bildirdi:

“Yankoviç zədəsini demək olar ki, sağaldıb. Futbolçu komanda ilə birgə məşqlərə başlayıb.
 

Ancaq hələ lazımı formasını bərpa etməlidir. Onun “Atletik” Bilbao ilə qarşılaşmasında meydana çıxıb-çıxmayacağına gəlincə buna məşqçilər korpusu qərar verəcək.


Əgər həmin vaxta qədər tam hazır olsa, yəqin ki, meydana çıxa bilər. Ancaq yenə də deyirəm hər şey məşqçilərin verdiyi qərardan asılı olacaq”.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO