Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu “Barselona”nın 18 yaşlı hücumçusu Lamine Yamal üçün rekord məbləğ ödəməyə hazırdır.
Bizim.Media “Fichajes” nəşrinə istinadən xəbər verir ki, “Əl-Hilal” “Barselona”ya Yamal üçün 400 milyon avro təklif edib.
Əgər İspaniya klubu bu təklifi qəbul edərsə, transfer dünya futbolu tarixində rekord olacaq.
Bildirilir ki, “Əl-Hilal” Yamal ilə yeddi illik müqavilə bağlamağı planlaşdırır. “Barselona” isə əsas ulduzunu komandada saxlamaq niyyətindədir, lakin vəziyyət oyunçunun şəxsi ambisiyaları və klubun maliyyə durumuna görə dəyişə bilər.
Cari mövsümdə Lamine Yamal “Barselona”da beş oyuna çıxıb, iki qol vurub və dörd məhsuldar ötürmə edib.
Rəşad Rafiqoğlu, Bizim.Media