“Barselona” Levandovskinin müqaviləsini uzatmayacaq

“Barselona” Levandovskinin müqaviləsini uzatmayacaq

Hazırda oxunan: “Barselona” Levandovskinin müqaviləsini uzatmayacaq

574841

“Barselona” 37 yaşlı hücumçu Robert Levandovskinin 2026-cı ilin yayında başa çatacaq müqaviləsini uzatmamağa qərar verib.

Bizim.Media Sport.es-ə istinadən xəbər verir ki, bu qərar futbolçunun yaşı, az məhsuldarlığı və komanda yoldaşları kimi rəqib üzərində yüksək təzyiq göstərə bilməməsi ilə izah olunur.
 

Məlumata görə, Levandovskinin cari mövsümdən sonra karyerasını başa vuracağı və yaxud başqa komandada 1-2 il daha oynayacağı hələlik məlum deyil. Onun Səudiyyə klublarından gələn təklifləri qəbul etməsi ehtimalı da çox aşağıdır.


Qeyd edək ki, Levandovski 2022-ci ildən “Barselona”da çıxış edir. Bu mövsümdə o, bütün turnirlərdə doqquz matça çıxıb və dörd qol vurub.

Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri 10 milyon avrodur.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO