Belaruslu futbolçunun “Qarabağ”a keçidi niyə ALINMADI?

Belaruslu futbolçunun “Qarabağ”a keçidi niyə ALINMADI?

Hazırda oxunan: Belaruslu futbolçunun “Qarabağ”a keçidi niyə ALINMADI?

574532

Belarusun "ML Vitebsk" klubunun müdafiəçisi Zaxar Volkovun "Qarabağ"a keçmək ehtimalı olub.

Bizim.Media xəbər verir ki, bu barədə 28 yaşlı futbolçu özü açıqlama verib. 

"Na Banke" yutub kanalına danışan Belarus millisinin üzvü yayda Azərbaycan çempionundan təklif aldığını deyib:
 

"Bu hadisə yazda baş verib. İndi isə Azərbaycan klubu Çempionlar Liqasının ilk iki turunda “Benfika” və “Kopenhagen” üzərindəki qələbələri ilə səs salır. "MLVitebsk" ilə müqavilə imzaladım və bir saatdan sonra agentim mənə zəng etdi. Dedi ki, “Qarabağ” zəng vurub. Cavab verdim ki, artıq hər şey bitib, razılaşmışam, söz vermişəm. Ona görə də şans yox idi. Mən qərarımı dəyişməyəcəyəm".


Qeyd edək ki, Zaxar Volkov bu ilin mart ayında Rusiyanın "Ximki" klubundan ayrıldıqdan sonra "ML Vitebsk"ə keçib. Təcrübəli mərkəz müdafiəçisi bu mövsüm Belarus təmsilçisinin heyətində meydana çıxdığı 22 rəsmi matçda 2 qol vurub.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO