Çexiya millisinin baş məşqçisi: “Azərbaycan millisi inadla müdafiə olunur”

Çexiya millisinin baş məşqçisi: “Azərbaycan millisi inadla müdafiə olunur”

Hazırda oxunan: Çexiya millisinin baş məşqçisi: “Azərbaycan millisi inadla müdafiə olunur”

574511

Çexiyanın gənclərdən ibarət futbol üzrə milli komandasının (U-21) baş məşqçisi Mixal Bilek sabah Karvinada keçiriləcək Avro-2027-nin B qrupunun Azərbaycan yığmasına qarşı oyunundan gözləntilərini bölüşüb. 

Bizim.Media xəbər verir ki, Bilek oyundan öncə bunları qeyd edib:

“Biz evdə oynayırıq və mütləq qalib gəlmək istəyirik. Lakin bu, heç də asan olmayacaq. Azərbaycanın Portuqaliyaya qarşı oyununa baxdıq.

Onlar fasiləyə 0:0 hesabı ilə yollandılar və çox yaxşı oynadılar. Yalnız ikinci hissədə qol buraxdılar və nəticədə böyük hesabla uduzdular.
 

Bu komandada çox dirənişli futbolçular var. Onlar inadla müdafiə olunurlar və sürətli əks-hücumlarla təhlükə yaradırlar. Bundan əlavə, komandada hücumda çox güclü, hündürboylu bir forvard var”.


Qeyd edək ki, Çexiya - Azərbaycan matçı oktyabrın 10-da, saat 20:00-da Karvina şəhər stadionunda start götürəcək.

Rəşad Rafiqoğlu, Biizm.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO