“Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir

“Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir

Hazırda oxunan: “Real” yarımmüdafiə xəttini gücləndirmək istəyir

574475

İspaniyanın “Real” klubu yarımmüdafiə xəttini yeni oyunçu ilə gücləndirmək istəyir.

Bizim.Media xəbər verir ki, Madrid təmsilçisi fransalı futbolçu Orelyen Tçuameniyə rəqabət yaradacaq futbolçu axtarışına başlayıb.

İspaniya mətbuatı yazır ki, “kral klubu”nun transfer siyahısında iki namizəd var - “Kristal Pelas”ın futbolçusu Adam Uorton və “Ştutqart”ın yarımmüdafiəçisi Çem Andres.
 

“Real”ın əsas hədəfi Uortondur, lakin ingilis oyunçunun transfer qiyməti 80 milyon avrodan aşağı düşməzsə, klub Andres variantına üstünlük verəcək. Alman futbolçunun keçidinin təxminən 10 milyon avroya başa gələcəyi bildirilir.


Xatırladaq ki, 25 yaşlı Tçuameni cari mövsümdə “Real Madrid”in heyətində bütün turnirlərdə 10 oyuna çıxıb və onların 9-da əsas heyətdə yer alıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO