AFFA-dan  Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya MÜRACİƏT

AFFA-dan  Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya MÜRACİƏT

Hazırda oxunan: AFFA-dan  Ermənistan Futbol Federasiyası ilə bağlı UEFA-ya MÜRACİƏT

56915

AFFA Ermənistan Futbol Federasiyasının UEFA-dan gələn həmrəylik ödənişlərindən separatçıların klubu olan "Lernain Artsax"a vəsait ayırması ilə bağlı qitə futbol qurumuna müraciət edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı milli assosiasiyanın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla yayıb.

Onun sözlərinə görə, həmin pulu separatçılara UEFA vermir:

"Qurum vəsaiti Ermənistan Futbol Federasiyasına ayırıb. Məbləği isə klublar arasında İcraiyyə Komitəsi bölüşdürüb. Biz də UEFA-ya bildirmişik ki, sizin ayırdığınız vəsait bu istiqamətə yönləndirilib".

Qeyd edək ki, Ermənistan Futbol Federasiyasının İcraiyyə Komitəsi UEFA-dan ayrılmış həmrəylik ödənişlərini yerli klublar arasında qeyri-bərabər bölüb.
Vəsaitdən Premyer Liqanın 8, I Liqanın 3 klubuna ödəniş ediləcək. Ən çox pul "Urartu"ya çatıb - 82 000 avro. "Pünik" 78 000 avro, "Van" 52 000 avro qazanacaq. "Ararat Armeniya", "Alaşkert", "Ararat", "Noa" hərəyə 46 642 avro irəli düşəcək. "Noravank" və "Şirak" hərəyə 37 000 avro, "Qandzasar" 20 000 avro, "Lernain Artsax" 15 003 avro əldə edəcək.

Vəsait klubların hesabına martda köçürüləcək. Hazırda bu klublardan ilk 8-i Premyer Liqada, son 3-ü I Liqada çıxış edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO