"Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

Hazırda oxunan: "Fənərbağça"nın yeni baş məşqçisi məlum oldu

55026

Türkiyənin "Fənərbağça" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib.

Bizim.Media klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin sükanı arxasına İsmail Kartal gətirilib.

60 yaşlı mütəxəssislə mövsümün sonunadək müqavilə imzalanıb. O, bu postda Vitor Pereyranı əvəz edib.

İmsail Kartal 2014/2015 mövsümündə "Fənərbağça"nı çalışdırıb. Təcrübəli mütəxəssis "sarı-lacivərtlilər"in baş məşqçisi kimi 46 oyunda komandanı meydana çıxarıb. "Fənərbağça" bu matçlarda 30 qələbə, 10 heç-heçə və 6 məğlubiyyətlə yadda qalıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO