Yanvarın 9-da futbol üzrə İspaniya La Liqasının 20-ci turunun mərkəzi qarşılaşması keçirilib.
Bizim.Media xəbər verir ki, "Santiaqo Bernabeo" stadionunda "Real Madrid" klubu "Valensiya" komandasını qəbul edib. Görüş “kral” klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.
"Real Madrid"in heyətində Kərim Benzema (43, 88) və Vinisius Junior (52, 61) fərqləniblər.
"Valensiya"nın isə yeganə qolunu 76-ci dəqiqədə Qonsalu Qedeş vurub.
"Real Madrid" vacib qələbə qazanaraq xal ehtiyatını 49-a çatdıraraq turnir cədvəlində liderliyini qoruyub.
"Valensiya" isə 29 xalla doqquzuncu yerdə qərarlaşıb.
Turun ən gözlənilməz hesabı "Qranada" klubu və "Barselona" komandaların arasındakı oyunda qeydə alınıb.
Belə ki, 57-ci dəqiqədə "Barselona" klubu Lük De Yonqun qolu sayəsində hesabda önə çıxsa da, matçın başa çatmasına bir dəqiqə qalmış "Qranada" hesabı bərabərləşdirərək məğlubiyyətdən xilas olub.
Antio Puertas fərqlənib.
Qarşılaşmanın 76-ci dəqiqəsində "Barselona"nın yarımmüdafiəçisi Qabi ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb.
Beləliklə, növbəti xal itkisi ilə üzləşən "Barselona" 32 xalla altıncı, "Qranada" isə 24 xalla 12-ci yerdə qərarlaşıb.
Qeyd edək ki, turun digər görüşləri yanvarın 9-da və 10-da keçiriləcək.
Bizim.Media
- A-
- A
- A+
İdman
09:26 / 09.01.2022
İspaniya La Liqası: \"Barselona\" yenə xal itirdi – DİGƏR NƏTİCƏLƏR
Hazırda oxunan: İspaniya La Liqası: \"Barselona\" yenə xal itirdi – DİGƏR NƏTİCƏLƏR
Hazırda oxunan: İspaniya La Liqası: \"Barselona\" yenə xal itirdi – DİGƏR NƏTİCƏLƏR
54480
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.