"Qarabağ" portuqaliyalı futbolçu ilə danışıqlar aparır

Hazırda oxunan: "Qarabağ" portuqaliyalı futbolçu ilə danışıqlar aparır

54191

"Qarabağ" Bolqarıstanın "Çerno More" klubunda çıxış edən portuqaliyalı futbolçu Leandro Andradeni transfer etmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə  Ağdam təmsilçisinin Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat paylaşıb.

O qeyd edib ki,  23 yaşlı yarımmüdafiəçi ilə danışıqlar davam edir: "Bu, maraq dairəmizdə olan futbolçulardan biridir. Lakin Andradenin klubu ilə rəsmi müqaviləsi var. Hazırda danışıqlarımız davam edir. Müsbət nəticlənərsə bu barədə rəsmi məlumat verəcəyik", - deyə G.Abbaszadə bildirib.

Qeyd edək ki, Leandro Andrade karyerası ərzində ölkəsinin "Sportinq", "Olyanense" və

"Fatima" klublarında da çıxış edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO