Voleybol üzrə Azərbaycan çempionatı BAŞLADI – İlk turun nəticələri

Voleybol üzrə Azərbaycan çempionatı BAŞLADI – İlk turun nəticələri

Hazırda oxunan: Voleybol üzrə Azərbaycan çempionatı BAŞLADI – İlk turun nəticələri

52567

Bu gün kişi voleybolçular arasında Azərbaycan çempionatı 2021-2022 illər mövsümü üzrə I liqa yarışlarına start verilib. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə keçirilən yarışın I tur oyunları “Murov” voleybol klubunun idman zalında təşkil olunub.

Birincilikdə 10 komanda “Həvəskarlar”, “Murov”, “Əlincə”, “Veteranlar”, “Ryuqa”, “Aura”, Taleh – A.T”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Təhsil”, “Masallı” mübarizəyə qoşulub. 

I liqanın açılış matçında “Həvəskarlar” “Təhsil” komandası ilə qarşılaşıb. Görüş “Təhsil” komandasının qələbəsi ilə başa çatıb 0:3 (16:25, 10:25, 23:25).

Ardınca “Əlincə” və “Taleh A.T” komandaları üz-üzə gəlib. Matçda birincilər 3 xala seviniblər - 3:0 (25:20, 25:23, 25:19)  .

“Masallı”nın “Ryuqa”ya tay-brekdə qalib gəldiyi (2:3 - 25:20, 17:25, 25:23, 18:25, 14:16) gündə, “Azərbaycan Ali Hərbi Məktəbi” “Aura”nı quru hesabla məğlub edib - 3:0 (25:9, 25:7, 25:15).

Qeyd edək ki, I liqa yarışlarında komandalar 2 qrupda 2 dövrədən ibarət olmaqla mübarizə aparacaqlar.

Ardınca I Liqanın pley-off mərhələsi keçiriləcək. 

A qrupu : “Murov” (gənclər), “Əlincə”, “Təhsil”, “Həvəskarlar”, “Taleh-A.T”

B qrupu : “Masallı”, “Veteranlar”, “Ryuqa”, “Azərbaycan Ali Hərbi Məktəbi”, “Aura”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO