"Messi" forması PSJ-nin gəlirini kəskin artırdı

Hazırda oxunan: "Messi" forması PSJ-nin gəlirini kəskin artırdı

52036

Fransanın PSJ klubu Lionel Messinin transferindən sonra argentinalı futbolçunun 1 milyona yaxın formasını satıb.

Bizim.Media xəbər verir ki, bu barədə Paris təmsilçisinin sponsorluq üzrə direktoru Mark Armstronq "Goal" nəşrinə açıqlamasında deyib.

"Düşünürəm ki, 2020-ci ildə digər klublardan daha çox forma satdıq. 2021-ci ildəki rəqəmlər isə daha yaxşıdır. Formalara tələbat ən azı 30-40% artıb", - deyə M.Armstronq bildirib.

Qeyd edək ki, Lionel Messi PSJ-yə cari mövsümün əvvəlində İspaniya "Barselona"sından azad agent kimi keçib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO