Çempionlar Liqasının püşkatması təkrar keçiriləcək - UEFA tarixində İLK

Çempionlar Liqasının püşkatması təkrar keçiriləcək - UEFA tarixində İLK

Hazırda oxunan: Çempionlar Liqasının püşkatması təkrar keçiriləcək - UEFA tarixində İLK

50471

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin püşkatması təkrar keçiriləcək.

Bizim.Media xəbər verir ki, buna səbəb təşkilatçıların püşkatma zamanı kobud səhvə yol verməsidir.

Tədbirin təşkilatçıları İngiltərə klubları “Mançester Yunayted”lə “Liverpul”un yer aldığı şarları səhv salıb. Bu üzdən püşkatma ərzində xətalar bir-birini sıralayıb. “Vilyarreal”ın mümkün rəqibləri sırasına qrupda üz-üzə gəldiyi “Mançester Yunayted”in adı olub. Əvəzində İspaniya klubunun potensial rəqibləri arasında İngiltərənin digər təmsilçisi “Liverpul” olmayıb.

Həmçinin “Atletiko”nun mümkün rəqibləri arasına qrupda birgə mübarizə apardığı “Liverpul”un şarı qoyulubsa, “Mançester Yunayted”ın adı yer almayıb.

Təkrar püşkatma Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.

Qeyd edək ki, bu, UEFA tarixində ilk belə haldır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO