Konfrans Liqası: “Qarabağ” ilk matçı səfərdə keçirəcək

Konfrans Liqası: “Qarabağ” ilk matçı səfərdə keçirəcək

Hazırda oxunan: Konfrans Liqası: “Qarabağ” ilk matçı səfərdə keçirəcək

50278

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkatmasının detalları bəlli olub.

Bizim.Media UEFA-nın saytına istinadən xəbər verir ki, dekabrın 13-dəki mərasimdən öncə iştirakçılar 2 səbətə bölünüblər – səpələnmişlər və səpələnməmişlər.

"Qarabağ" qrup ikincilərinin qərarlaşdığı səpələnmişlər səbətində yer alıb. Bu komandalar ilk oyunlarını səfərdə keçirəcəklər.

Avropa Liqasında öz qrupunu 3-cü pillədə tamamlayaraq pley-offa düşən kollektivlər isə səpələnməmişlər səbətində olacaq. İlk matçlar 2022-ci il fevralın 17-də, cavab qarşılaşmaları isə bir həftə sonra oynanılacaq.

Qeyd edək ki, "Qarabağ" H qrupunu ikinci sırada bitirərək pley-offa vəsiqə qazanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO