Bu gün Serbiyanın paytaxtı Belqradda güləş üzrə fərdi dünya kuboku yarışlarına start verilir.
Bizim.Media-nın məlumatına görə, yarışın ilk günlərində yunan-Roma güləşçiləri mübarizə aparacaqlar.
Ölkəmizi güləşin bu növündə Eldəniz Əzizli (55 kq), Nihat Məmmədli (60 kq), Taleh Məmmədov (63 kq), İslambek Dadov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq), İslam Abbasov (87 kq) və Beka Kandelaki (130 kq) təmsil edəcəklər.
Artıq püşkatma mərasimi keçirilib və millimizin üzvlərinin ilk rəqibləri müəyyənləşib.
Yarışa dekabrın 18-də yekun vurulacaq.
Bizim.Media
- A-
- A
- A+
İdman
10:15 / 12.12.2020
Güləş üzrə dünya kuboku yarışına start verilir
Hazırda oxunan: Güləş üzrə dünya kuboku yarışına start verilir
Hazırda oxunan: Güləş üzrə dünya kuboku yarışına start verilir
5024
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.