Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan Kuboku başa çatıb.
Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Hövsan qəsəbəsində yerləşən "Xilasedici" İdman-Sağlamlıq Mərkəzində təşkil olunan yarışın sonuncu - ikinci günündə qadınlar arasında 57 kq (12 iştirakçı), 78 kq (8 iştirakçı) və 78 kq-dan yuxarı çəki dərəcəsində (4 iştirakçı), kişilər arasında isə 73 kq (57 iştirakçı), 100 kq (20 iştirakçı) və 100 kq-dan yuxarı (13 iştirakçı) çəkidə mükafatçılar müəyyənləşib.
Azərbaycan Kubokunda ümumi nəticəyə görə "Neftç"i İdman Klubu 1-ci, "Atilla" İdman Klubu 2-ci, Təhsil Uşaq Gənclər İdman Sağlamlığ Mərkəzi (Sumqayıt şəhəri) isə 3-cü yerə layiq görülüb və müvafiq kuboklarla təltif ediliblər.
Ölkədə mövcud olan karantin rejimi ilə əlaqədar azarkeşsiz keçirilən yarışda ölkəmizin 52 şəhər və rayonundan 57 qadın və 250 kişi olmaqla, ümumilikdə 307 nəfər cüdoçu iştirak edib.
Bizim.Media