Gənclər və İdman Nazirliyində aparılan kadr islahatları davamlı olacaq.
Bizim.Media-nın məlumatına görə, bunu gənclər və idman naziri Fərid Qayıbov jurnalistlərə deyib. O bildirib ki, kadr dəyişiklikləri islahatların bir növ davamıdır.
"Gənclər və idman sahəsində işlərə başlanılıb. Layihələr hazırlanır. Lakin bu işlər birdən-birə həyata keçirilmir. Hal-hazırda araşdırmalar gedir, təhlillər aparılır. Araşdırmalar nəticəsində hansı istiqamətdə işlərin getməsini müəyyəndirəcəyik və qərarları qəbul edəcəyik.
Gənclər evlərimiz var. Onlar nə ilə məşğuldur, hansı işləri görməlidirlər? Olimpiya idman kompleksləri, idman klublarımızın fəaliyyəti, strukturu necə olmalıdır? Uşaq idmandından tutmuş milli komandaya qədər idmançılarımızın necə olması, hansı dəstəyin göstərilməsi üzərində iş gedir", - deyə nazir bildirib.
Bizim.Media
- A-
- A
- A+
İdman
15:06 / 09.12.2021
“Nazirlikdə aparılan kadr islahatları davamlı olacaq” - Fərid Qayıbov
Hazırda oxunan: “Nazirlikdə aparılan kadr islahatları davamlı olacaq” - Fərid Qayıbov
Hazırda oxunan: “Nazirlikdə aparılan kadr islahatları davamlı olacaq” - Fərid Qayıbov
49870
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.