Çempionlar Liqası: “Barselona” üçün ŞOK - Avropa Liqasına yollandı

Çempionlar Liqası: “Barselona” üçün ŞOK - Avropa Liqasına yollandı

Hazırda oxunan: Çempionlar Liqası: “Barselona” üçün ŞOK - Avropa Liqasına yollandı

49764

Dekabrın 9-da futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, gecənin ən maraqlı görüşü E qrupunda yer alan komandalar - növbəti raunda vəsiqəni təmin etmiş “Bavariya” ilə ikinci yer uğrunda mübarizə aparan “Barselona” arasında keçirilib.

Münxen təmsilçilərin üstünlüyü ilə keçən qarşılaşma meydan sahiblərinin - “Bavariya”nın qələbəsi ilə yekunlaşıb - 3:0.

Qrupun digər oyununda “Benfika” Portuqaliyada heç bir iddiası qalmayan “Dinamo Kiyev” komandasını sınağa çəkib. Lissabon təmsilçisi bu görüşdə rəqibə şans verməyib - 2:0. Bu qələbə sayəsində “Benfika” qrup ikincisi kimi növbəti mərhələyə vəsiqə qazanıb. “Barselona” UEFA Avropa Liqasına yollanıb. Aktivində bir xalı olan və sonuncu yerdə qərarlaşan “Dinamo Kiyev” isə cari mövsüm avrokuboklarda mübarizəsini dayandırıb.

H qrupunda səkkizdəbir finala vəsiqəni daha əvvəl təmin etmiş İtaliyanın "Yuventus" klubu evdə İsveçin "Malmö" komandası ilə, İngiltərənin "Çelsi" klubu isə Rusiyada "Zenit"lə qarşılaşıb. Qrup liderliyi baxımından önəm daşıyan görüşlərdə Turin təmsilçisi qələbə qazanıbsa (1:0), londonlular xal itirib - 3:3. Nəticədə "qoca senyora" növbəti mərhələyə birinci yerin sahibi kimi adlayıb.

"Zenit" isə əvvəldən də məlum olduğu kimi, mübarizəni UEFA Avropa Liqasının pley-offunda davam etdirəcək.

F qrupunda səkkizdəbir finala çıxması dəqiqləşən İngiltərənin "Mançester Yunayted" klubu evdə İsveçrənin "Yanq Boyz" komandası ilə heç-heçə edib - 1:1. İtaliyada "Atalanta" və İspaniya "Vilyarreal"ı arasındakı oynanılmalı olan qarşılaşma isə güclü qar səbəbindən təxirə salınıb. Bu səbəbdən qrupda səkkizdəbir finala 2-ci vəsiqənin sahibi hələ dəqiqləşməyib. Əvəzində isə "Yanq Boyz"un qrup sonuncusu olması rəsmiləşib.

G qrupunda Avstriyanın "Zaltsburq" klubu evdə İspaniyanın "Sevilya" komandasını, Fransanın "Lill" klubu isə Almaniyada "Volfsburq"a qalib gələrək, növbəti mərhələyə adlayıblar. "Sevilya" yoluna UEFA Avropa Liqasının pley-offunda davam edəcək.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

E qrupu

“Benfika” (Portuqaliya) – “Dinamo Kiyev” (Ukrayna) - 2:0;

“Bavariya” (Almaniya) – “Barselona” (İspaniya) - 3:0.

Qrupdakı vəziyyət: “Bavariya” - 18, “Benfika” - 8, “Barselona” - 7, “Dinamo Kiyev” - 1.

F qrupu

“Mançester Yunayted” (İngiltərə) – “Yanq Boyz” (İsveçrə) - 1:1;

“Atalanta” (İtaliya) – “Vilyarreal” (İspaniya) - hava şəraiti ilə əlaqədar təxirə salınıb

Qrupdakı vəziyyət: “Mançester Yunayted” - 11, “Vilyarreal” - 7 (5 oyun), “Atalanta” - 6 (5), “Yanq Boyz” - 5.

G qrupu

“Zaltsburq” (Avstriya) – “Sevilya” (İspaniya) - 1:0;

“Volfsburq” (Almaniya) – “Lill” (Fransa) - 1:3.

Qrupdakı vəziyyət: “Lill” - 11, “Zaltsburq” - 10, “Sevilya” - 6. “Volfsburq” - 5.

H qrupu

“Yuventus” (İtaliya) – “Malmö” (İsveç) - 1:0;

“Zenit” (Rusiya) – “Çelsi” (İngiltərə) - 3:3.

Qrupdakı vəziyyət: “Yuventus” - 15, “Çelsi” - 13, “Zenit” - 5, “Malmö” - 1.

Qeyd edək ki, “Paris Sen-Jermen”, “Mançester Siti”, “Liverpul”, “Mançester Yunayted”, “Çelsi”, “Ayaks”, “Sportinq”, “Real Madrid”, “Atletiko Madrid”, “Bavariya”, “İnter” və “Yuventus” klubları səkkizdəbir finala vəsiqəni artıq təmin ediblər.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO