Azərbaycanın daha bir güləşçisi Dünya Güləş Birliyindən (UWW) pul mükafatı alıb.
Bizim.Media xəbər verir ki, bu barədə məlumat UWW-nin rəsmi saytında yer alıb.
50 kq çəki dərəcəsində çıxış edən qadın güləşçi Mariya Stadnikə 3 000 ABŞ dolları verilib.
MÖVZU İLƏ BAĞLI:
Güləşçi məğlubiyyətini məşqçi ilə əlaqələndirdi
2 qat dünya və 8 qat Avropa çempionu, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı 60 xalla dünya reytinqində 3-cü olduğundan, bu mükafata layiq görülüb.
Qeyd edək ki, daha əvvəl Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov (92 kq) 3 000 ABŞ dolları, yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) isə 10 000 dollar mükafat əldə edib.
Bizim.Media