Meydana 9 futbolçu ilə çıxdılar, oyun yarımçıq dayandırıldı - VİDEO

Meydana 9 futbolçu ilə çıxdılar, oyun yarımçıq dayandırıldı - VİDEO

Hazırda oxunan: Meydana 9 futbolçu ilə çıxdılar, oyun yarımçıq dayandırıldı - VİDEO

48026

Futbol üzrə Portuqaliya Premyer Liqasının XII turunda "Belenenseş" klubu evdə "Benfika"ya qarşı keçirilən matça cəmi 9 futbolçu ilə çıxıb. 

Bizim.Media xəbər verir ki, koronavirusa kütləvi yoluxma səbəbindən qalan 9 oyunçunun ikisi qapıçı olub. Qolkiperlərdən biri sahə oyunçusu mövqeyində çıxış edib.

Görüşün ilk hissəsi qonaqların 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Meydan sahibləri əvvəlcə ikinci hissəni oynamaq istəməyiblər.
 

Baş hakimin təkidindən sonra komanda 7 nəfərlə meydana qayıdıb. 46-cı dəqiqədə futbolçulardan biri zədələnib. "Belenenseş"in heyətində oyunçu sayı 7-dən az olduğu üçün referi görüşü vaxtından əvvəl başa çatdırıb.


Xatırladaq ki, oyundan əvvəl "Belenenseş"in 13 futbolçusu, baş məşqçisi və köməkçiləri, həmçinin klubun 2 əməkdaşında koronavirus aşkarlanıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO