Qurban Qurbanov: “Buraxdığımız qollar texniki səhvlərdən oldu”

Qurban Qurbanov: “Buraxdığımız qollar texniki səhvlərdən oldu”

Hazırda oxunan: Qurban Qurbanov: “Buraxdığımız qollar texniki səhvlərdən oldu”

47734

"Futbolçuları təbrik etmək istəyirəm. Qələbə qazanmaq istəyirdik. Düşünürəm ki, bu gün oyunçularım çox böyüdülər".

Bizim.Media xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov evdə Kiprin "Omoniya" komandası ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının qrup mərhələsinin V tur oyunundan sonra keçirilən mətbuat konfransında deyib.

Qrup mərhələsində "Bazel" ilə İsveçrədəki oyunun qaldığını xatırladan 49 yaşlı mütəxəssis son qarşılaşmaya da eyni motivasiya ilə hazırlaşacaqlarını söyləyib: "Futbolçulara heç bir iradım yoxdur. Görüşdəki qollar da maraqlı alındı. Rəqibə qarşıdakı oyunlarda uğurlar arzulayıram".

Q.Qurbanov qapıçı Şahruddin Məhəmmədəliyevin son qoldakı səhvindən danışıb: "Bu, futbolda nadir görünən epizoddur. Burada Şahruddinin səhvindən çox rəqib futbolçunun ustalığı ön plana çıxdı. Həqiqətən çox gözəl qol alındı. Matçdan sonra qapıçımıza irad bildirmədim. Ona möhkəm olmasını söylədim. Dedim ki, qarşıda yaxşı oyunlarımız var".

Təcrübəli baş məşqçi hakim idarəçiliyi haqqında da fikirlərini bölüşüb: "Düşünürəm ki, bu oyun hakimə böyük təcrübə oldu. İlk dəfə qrup mərhələsi matçını idarə edirdi. Həyəcanı da hiss olunurdu. Qolumuz və penaltimiz verilmədi. Rəqibə qırmızı vərəqə də vermişdi. Sanki bunu sığortalamaq istəyi var idi. Buraxdığımız qollar texniki səhvlərdən oldu. Qarşıdakı oyunlarda hakimlərə uğurlar arzulayıram. İnanıram ki, növbəti görüşlərdə daha diqqətli olacaqlar".

Mütəxəssis bütün oyunçularından razı qaldığını söyləyərək sözlərinə əlavə edib: "Təmiz qolumuz qeydə alınmadı. Bu, mənə Avropa Liqasında "İnter"lə oyundakı qolu xatırlatdı. Belə qollar sayılmırsa, nə deyə bilərəm?”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO