Bakıda batut gimnastikası üzrə dünya çempionatı başlayır

Bakıda batut gimnastikası üzrə dünya çempionatı başlayır

Hazırda oxunan: Bakıda batut gimnastikası üzrə dünya çempionatı başlayır

0:00
0:00
46544

Bu gün Bakıda batut gimnastikası üzrə dünya çempionatı start götürəcək.

Bizim.Media-nın məlumatına görə, Milli Gimnastika Arenasında 4 gün davam edəcək yarış bu gün başlayır.

Mundialda batutçulara tamblinq və ikili mini-batut təmsilçiləri də qoşulacaq. Batutçular bu yarışda sinxron proqramda da qüvvələrini sınayacaq. 35-ci dünya çempionatında Azərbaycanı tamblinqçi Mixail Malkin təmsil edəcək.

Yarışda 33 ölkədən 266 gimnast 51 medal uğrunda mübarizə aparacaq. Onlardan 160-ı batut, 63-ü tamblinq, 43-ü isə ikili mini-batut yarışlarında çıxış edəcək.

Çempionatın əsas favoritləri sırasında kişilərin yarışında hazırkı olimpiya çempionu İvan Litvinoviç (Belarus) və olimpiadanın bürünc medalçısı Dilan Şmidtin (Yeni Zelandiya) adlarını çəkmək olar. Bundan başqa, yarışda dünya çempionatının gümüş və bürünc mükafatçıları Dmitri Uşakov və Mixail Melnik (hər ikisi Rusiya), dünya çempionatının gümüş medalçısı Morante Allen (Fransa) çıxış edəcəklər.
 

Qadınların fərdi çıxışlarında isə əsas favorit son olimpiadanın bürünc medalçısı Brioni Peyc (Böyük Britaniya) sayılır. Yarışa 2017-ci ildə dünya çempionu olmuş 40 yaşlı Katrina Petreniya (Belarus) da qatılacaq.


Qeyd edək ki, yarış noyabrın 21-də başa çatacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO