Türkiyəni pley-offa yüksəldən qələbə - VİDEO

Türkiyəni pley-offa yüksəldən qələbə - VİDEO

Hazırda oxunan: Türkiyəni pley-offa yüksəldən qələbə - VİDEO

46370

2022-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə mərhələsinə yekun vurulub.

Bizim.Media xəbər verir ki, G qrupunda Türkiyə seçməsi səfərdə Monteneqro üzərində əzmkar qələbə qazanıb - 2:1. 

Matçda hesabı meydan sahibləri açsalar da, 22-ci dəqiqədə Kerem Aktürkoğlu, 60-cı dəqiqədə isə Orkun Kökçü fərqlənərək, qonaqları sevindirib.

Bu nəticələrdən sonra qrupu 1-ci sırada tamamlayan Niderland millisi final mərhələsinə, "ay-ulduzlular" isə pley-offa vəsiqə əldə edib.

Monteneqro – Türkiyə matçının icmalını təqdim edirik:

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO