UEFA-nın saytı İlham Əliyevin stadion açılışında iştirakından yazdı - FOTO

UEFA-nın saytı İlham Əliyevin stadion açılışında iştirakından yazdı - FOTO

Hazırda oxunan: UEFA-nın saytı İlham Əliyevin stadion açılışında iştirakından yazdı - FOTO

44783

UEFA-nın rəsmi saytında yenicə istifadəyə verilən Şamaxı şəhər stadionu ilə bağlı yazı dərc edilib.

Bizim.Media xəbər verir ki, məqalədə Azərbaycan Prezidenti İlham Əliyevin açılış mərasimində iştirakı etdiyi vurğulanıb.

Bildirilib ki, arenanın inşası üçün maliyyə vəsaitinin böyük hissəsi UEFA-nın "HatTrick" proqramı çərçivəsində təmin olunub.

Həmçinin Tovuzdakı Futbol Akaemiyasının yenidən qurulması üçün də maliyyə dəstəyi göstərildiyi qeyd olunub. Hər iki layihənin AFFA-ya kütləviliyin artırılması və sosial inklüzivliyi təşviq etmək üçün əlavə imkanlar yaradacağı vurğulanıb.
 

MÖVZU İLƏ BAĞLI:

Prezident Şamaxıda stadion açılışında iştirak etdi


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 1-də Şamaxı şəhər stadionunun açılışında iştirak ediblər. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO