İspaniyada tamaşaçılarla ilk oyun final matçı olacaq

İspaniyada tamaşaçılarla ilk oyun final matçı olacaq

Hazırda oxunan: İspaniyada tamaşaçılarla ilk oyun final matçı olacaq

4451

İspaniya Kubokunda 2019/20 mövsümünün final oyunu azarkeşlərlə keçiriləcək.

Koronavirus pandemiyası səbəbindən təxirə salınan matça tamaşaçıların buraxılması planlaşdırılır.

Avqustda “Atletik”lə “Real Sosyedad” arasında keçirilməli olan həlledici qarşılaşmanın boş tribunalar önündə olmasına adıçəkilən klublar razılıq vermədilər.

İspaniya Kral Futbol Federasiyası 2021-ci il aprelin 4-də və ya 18-də Sevilyada baş tutması gözlənilən görüşə tamaşaçıları buraxacaq.

Bu isə martda tətbiq edilən qadağadan sonra azarkeşlərlə oynanılacaq ilk görüş olacaq.

Qeyd edək ki, federasiya İspaniya Kral Kubokunun 2020/21 mövsümünün final görüşünün də Sevilyada təşkilini nəzərdən keçirir.(apasport)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO