Avropa çempionatına qatılacaq cüdoçularımızın ADLARI

Avropa çempionatına qatılacaq cüdoçularımızın ADLARI

Hazırda oxunan: Avropa çempionatına qatılacaq cüdoçularımızın ADLARI

44392

Noyabrın 5-də Macarıstanın paytaxtı Budapeştdə 23 yaşadək cüdoçular arasında start götürəcək Avropa çempionatında Azərbaycan komandası 8 idmançı ilə təmsil olunacaq.

Bizim.Media xəbər verir ki, kişilərin yarışında Elçin Hüseynov (66 kq), Zelim Tskayev, Məhərrəm İmamverdiyev (81 kq) və İmran Yusifov (+100 kq) mübarizə aparacaqlar.

Qadınların mübarizəsində isə Aydan Vəliyeva, Ramilə Əliyeva (hər ikisi 48 kq), Səbinə Əliyeva (52 kq) və Nərgiz Hacıyeva (63 kq) bacarıqlarını nümayiş etdirəcəklər.

Qeyd edək ki, noyabrın 7-dək davam edəcək Avropa çempionatında 38 ölkədən 307 (175 kişi, 132 qadın) cüdoçu mübarizə aparacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO