Fransa çempionatında rekord: 68 metrdən qol vuruldu – VİDEO 

Fransa çempionatında rekord: 68 metrdən qol vuruldu – VİDEO 

Hazırda oxunan: Fransa çempionatında rekord: 68 metrdən qol vuruldu – VİDEO 

0:00
0:00
44159

"Sent Etyen" klubunun futbolçusu Vəhbi Xəzri "Mets"lə Fransa Liqa 1-in XII tur oyunu zamanı 68 metrlik məsafədən qol vurub. 

Bizim.Media-nın məlumatına görə, 16-cı dəqiqədə topu meydanın özlərinə aid hissəsində qəbul edən tunisli yarımmüdafiəçi bir qədər irəlilədikdən sonra "paraşüt" zərbəsi endirib.

Top irəlidə olan qapıçının başı üzərindən tora daxil olub. Bu, Liqa 1-in rekordudur.

Qeyd edək ki, Vəhbi Xəzrinin qolu sayəsində "Sent Etyen" 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu komanda 12 oyundan 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO