Avrokubokların qrup mərhələsinin III turu başa çatdıqdan sonra klubların UEFA reytinqi açıqlanıb.
Bizim.Media-nın məlumatına görə, Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi – “Qarabağ” yer alıb.
Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.
Xallarını 21,000-a çatdıran “Qarabağ” 6 pillə irəliləyərək 63-66-cı pillələrə şərik olub.
Ağdamlılar “Feyenoord” (Niderland), “Real Sosyedad” (İspaniya) və “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir.
Qeyd edək ki, siyahıya 122,000 aktivlə “Bavariya” başçılıq edir.
Bizim.Media