“Bu gün keçirilən oyuna demək olar ki, bilet qalmayıb, hamısı satılıb”.
Bu sözləri “Qarabağ” klubunun mətbuat katibi Gündüz Abbaszadə Bizim.Media-açıqlamasında bildirib. O, qeyd edib ki, matçı izləmək istəyən çox sayda azarkeş var.
MÖVZU İLƏ BAĞLI:
"Qarabağ"ın Kayrat”la görüşü zamanı Bakıda hava necə olacaq?
“15.000 ədəd biletdən hamısı satılıb, ancaq “VİP” salona olan 300 dənə bilet qalıb”.
Yerigəmişkən qeyd edək ki, Azərbaycanın futbol həyatında 87-ci ildən bəri ilk hadisədir ki, satışa çıxıarılan bütün biletlər tam satılıb. Düzdür, indi pandemik vəziyyəti nəzərə alaraq, stadion tutumunun 50% - i həcmində biletlər satışda olub.
Amma əminik ki, Tofiq Bəhramov adına stadionun 30-35 minlik tutumu həcmində bilet satışa çıxarılsaydı belə sonuna qədər satılacaqdı. Çünki “Qarabağ” bütün əzmkarlığı və 15 oyunluq məğlubiyyətsizlik seriyası ilə bu sevgini qazanıb.
Qeyd edək ki, “Qarabağ” klubu UEFA Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstanın “Kayrat” komandası ilə görüşəcək. Oyun bu gün saat 20:45-də Tofiq Bəhramov adına stadionda keçiriləcək.
Vüsalə Balayeva, Bizim.Media