UEFA-dan

UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım - FOTO 

Hazırda oxunan: UEFA-dan "Qarabağ"la bağlı növbəti paylaşım - FOTO 

42167

UEFA Konfrans Liqasının rəsmi tviter səhifəsi "Qarabağ"la bağlı paylaşım edib. 

Bizim.Media xəbər verir ki, turnirin sosial şəbəkə hesabında Ağdam klubunun səfərdə "Sabah"ı 2:1 hesabı ilə məğlub etdiyi Azərbaycan Premyer Liqasının VII tur matçından fotolar yayımlanıb. 
 

"Başqa bir həftəsonu, "Qarabağ"ın növbəti qələbəsi" başlıqlı paylaşımda "köhlən atlar"ın bütün turnirlərdə ardıcıl 15 oyundur məğlub olmaması, 10 qələbə qazanıb, 5 dəfə heç-heçə etməsi vurğulanıb. 


Qeyd edək ki, "Qarabağ" Konfrans Liqasında növbəti oyununu oktyabrın 21-də Qazaxıstan "Kayrat"ına qarşı keçirəcək. 

Bizim.Media

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO