İkardi ilə Naranın ayrılığına səbəb olan qadın kimdir? - FOTO 

İkardi ilə Naranın ayrılığına səbəb olan qadın kimdir? - FOTO 

Hazırda oxunan: İkardi ilə Naranın ayrılığına səbəb olan qadın kimdir? - FOTO 

42113

PSJ-nin argentinalı ulduzu Mauro İkardi ilə həyat yoldaşı və meneceri, aparıcı Vanda Naranın ayrıldığını təsdiqləyən daha bir paylaşım edilib. 

Bizim.Media xəbər verir ki, Nara evliliyi bildirən nişan üzüyünü çıxarıb. 

Sosial şəbəkələrdən bir-birini izləmədən çıxan və fotolarını silən cütlüyün tam ayrılıq səbəbi bəlli olmasa da, ayrıldıqlarını təsdiqləyn “story”lər paylaşılır. 

Son olaraq, aparıcı əlinin fotosunu paylaşaraq “Əlimin üzüksüz olmasına üstünlük verirəm” sözlərini yazıb. 

Cütlüyün ayrılmasına səbəb kimi İkardinin Mariya Suarez adlı müğənni ilə xəyanəti göstərilir.

Nara bir müddət əvvəl sosial media hesabından “bir əxlaqsız üçün ailəni məhv etdin” başlıqlı paylaşımla diqqət çəkmişdi. 

Xatırladaq ki, Vanda Nara ilə Mauro İkardinin evliliyi qalmaqalla yadda qalmışdı.

Belə ki, İkardi ailəvi dostu Maksi Lopezlə birgə tətilə çıxmış, həmin vaxt dostu ilə evli olan Nara ilə eşq münasibəti başlamışdı. Daha sonra Nara Maksidən boşanıb, İkardi ilə evlənmişdi.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO