Mahir

Mahir "Legiya"nın növbəti oyununda iştirak edəcək

Hazırda oxunan: Mahir "Legiya"nın növbəti oyununda iştirak edəcək

41398

"Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatının XI turunda "Lex" (Poznan) komandasına qarşı oyunda iştirak edə biləcək. 

Bizim.Media xəbər verir ki, buna 24 yaşlı hücumçunun üçüncü koronavirus testinin neqativ çıxması səbəb olub. 

Daha əvəvl AFFA Mahir Emrelinin Serbiyaya qarşı DÇ-2022-nin seçmə oyunundan əvvəl ilk testinin müsbət çıxdığını və UEFA-nın tətbiq etdiyi tibbi protokola uyğun olaraq həmin qarşılaşmanı buraxacağını açıqlayıb. 

Varşava təmsilçisinin Mətbuat xidmətinin rəhbəri İzabela Kruq ikinci testin mənfi olduğunu diqqətə çatdırıb. Futbolçunun üçüncü testinin də nəticəsi neqativ olub. 

Qeyd edək ki, oktyabrın 17-də keçiriləcək "Legiya" - "Lex" görüşü Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO