Diş ağrısına görə millidən kənarlaşdırıldı

Diş ağrısına görə millidən kənarlaşdırıldı

Hazırda oxunan: Diş ağrısına görə millidən kənarlaşdırıldı

40442

İspaniya "Real Madrid"inin futbolçusu Kazemiro Braziliya millisinin heyətindən çıxarılıb.

Bizim.Media xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytında məlumat yayılıb. 29 yaşlı yarımmüdafiəçi diş ağrısına görə yığmanın qarşıdakı oyunlarını buraxmalı olacaq.

Orta xətt oyunçusunun ağıl dişində iltihab əmələ gəlib. O, qarşıdakı 5 gündə məşq edə bilməyəcək. 

Kazemironun əvəzinə komandaya İngiltərənin "Aston Villa" klubunun futbolçusu Duqlas Luis dəvət olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO