Özbəkistan Pro-liqasının son turunun "Neftçi" - "Turan" oyunu kütləvi dava ilə başa çatıb.
Bizim.Media xəbər verir ki, Superliqaya vəsiqə uğrunda matçda 0:1 hesabı ilə uduzan meydan sahiblərinin futbolçuları final fitindən sonra baş hakimə hücum çəkiblər. Oyunçulardan biri ayaq zərbəsi ilə referini yerə sərib.
Ardınca Fərqanə təmsilçisinin azarkeşləri də meydana daxil olaraq, davada iştirak ediblər.
"Neftçi" futbolçularının narazılığının səbəbi hələlik məlum deyil. İnsidentlə bağlı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, bu məğlubiyyətdən sonra ikinci pillədə qalan "Neftçi" Superliqaya çıxmaq şansını itirib. (Report)
Bizim.Media