"Transferlər süni ot örtüyünü görəndə qorxdular" - Samir Abasov

Hazırda oxunan: "Transferlər süni ot örtüyünü görəndə qorxdular" - Samir Abasov

39875

Bu gün Vüsal Əsgərov hansısa səbəbdən oynamırdı. Məşqlərdə özünü yaxşı tərəfdən göstərdiyi üçün meydana çıxıb. Onun bu cür oyunlarda təcrübəsi yox idi". 

Bizim.Media xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının VI turunda "Səbail"lə keçirilən oyun barədə danışarkən deyib. 

"ASCO Arena"da 3:1 hesablı qələbə qazanan "ağ-qaralar" ən azı bir günlük liderliyə yüksəlib. 

Qarşılaşmadan sonra təşkil edilən mətbuat konfransında Abasovun qalibiyyət şərhi belə olub:

"Meydana çıxan futbolçular qol vurmaq istəyir. Rəqib son dəqiqələrdə çox qüvvə ilə irəli atıldı. Bunu hesaba görə normal başa düşürəm. Meydana sonradan daxil olanlar ancaq irəlini düşünürdülər. Yeni transferlər süni ot örtüyünü görəndə qorxdular. Bu gün heyəti meydan amilinə görə də qurmuşduq. Burada oynamaq çətindir. Meydan amilinə görə oyunun tempi aşağı düşürdü". 

43 yaşlı mütəxəssis Mert Çelik və Emin Mahmudovun yığmaya çağırıldığını xatırladıb:

"Kimlərin çağırılma ehtimalı olduğunu bilirik. Əcnəbi oyunçuların bir neçəsi öz milli komandalarına dəvət alıb".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO