"Mançester Yunayted" heç-heçə etdi - 200-CÜ MATÇ 

Hazırda oxunan: "Mançester Yunayted" heç-heçə etdi - 200-CÜ MATÇ 

39851

Futbol üzrə İngiltərə Premyer Liqasında VII tura start verilib.  

Bizim.Media xəbər verir ki, turun açılış oyununda "Mançester Yunayted" "Everton"u qəbul edib.

Qarşılaşma 1:1 hesabı ilə yekunlaşıb. "Qırmızı şeytanlar"ın heyətində Antoni Marsyal 43-cü dəqiqədə hesabı açıb. 65-ci dəqiqədə isə Andros Taunsend bərabərlik qolunu vurub.   

57-ci dəqiqədə Edinson Kavanin yerinə meydana daxil olan Kriştianu Ronaldu Premyer Liqada 200-cü matçına çıxıb.  

14 xala malik komandalar hələlik turnir cədvəlində 2-3-cü yerləri bölüşdürür.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO