Azərbaycan idmançısına AĞIR CƏZA – SƏBƏB

Azərbaycan idmançısına AĞIR CƏZA – SƏBƏB

Hazırda oxunan: Azərbaycan idmançısına AĞIR CƏZA – SƏBƏB

39429

Azərbaycanın qadın ağırlıqqaldıranı Boyanka Kostovanın cəzası açıqlanıb. 

Bizim.Media xəbər verir ki, Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (İWF) dopinq-testi müsbət nəticə vermiş bolqarıstanlı legioneri 8 illik müddətinə yarışlardan diskvalifikasiya edib. 

Orqanizmində istifadəsi qadağan olunmuş stanozolol anabolik steroidi tapılan idmançının cəza müddəti 2021-ci il mayın 10-dan hesablanır. 

Qeyd edək ki, Boyanka Kostova bu il aprelin 5-də Rusiyanın paytaxtı Moskvada keçirilmiş qitə çempionatında 59 kq çəki dərəcəsində qızıl medal qazanıb. Bu, 28 yaşlı ağırlıqqaldıranın 2012, 2015 və 2016-cı illərdən sonra karyerasında dördüncü Avropa çempionluğu olub.  

2016 - 2018-ci illərdə də dopinqə görə cəzalanmış Kostovanın London-2012 Yay Olimpiya Oyunlarındakı nəticəsi ləğv olunub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO